Azərbaycanın tanınmış muzey rəhbəri vəfat etdi – Səhiyyə Nazirliyi başsağlığı verdi- FOTO

Azərbaycanın tanınmış muzey rəhbəri vəfat etdi – Səhiyyə Nazirliyi başsağlığı verdi-

Azərbaycan Təbabəti Muzeyinin direktoru Sevinc Maniyeva dünyasını dəyişib.

Azmedia.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin rəhbərliyi və kollektivi Sevinc Maniyevanın vəfatı ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verib.

“Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi adından Azərbaycan Təbabəti Muzeyinin direktoru Sevinc Maniyevanın vaxtsız vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik”, – məlumatda qeyd olunub.