Bakıda su böhranı - Bir çox ərazilərdə günlərdir su yoxdur

Bakıda su böhranı -

Bakının bir sıra ərazilərində su təchizatında ciddi problemlər yaşanır.

Azmedia.Az xəbər verir ki, , Nizami rayonunda (İnqilab İsmayılov 48, Bəhruz Nuriyev küçəsi) su 3 gündür ya yoxdur, ya da çox zəif gəlir. Oxşar vəziyyət Suraxanı rayonu, Ziğ qəsəbəsi və Qum adasında da müşahidə olunur.

Abşeronun Məhəmmədli qəsəbəsi və Sabunçu rayonunun bəzi ərazilərində də su problemi var.

Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumun qaynar xəttinə dəfələrlə müraciət etsələr də, ya cavab ala bilmirlər, ya da müraciətlərə operativ reaksiya verilmir.

Sakinlər yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlardan məsələyə aydınlıq gətirilməsini və problemin qısa müddətdə aradan qaldırılmasını tələb edirlər.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.//bakues