Dənizdə batan şəxs müstəntiq imiş - FOTO

Dənizdə batan şəxs müstəntiq imiş -

Dünən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Azmedia.Az-ın əldə etdiyi məlumata görə, ötən gün dənizdə batan 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlu Qubadlı rayon prokurorluğunda müstəntiq işləyirmiş.