Macarıstanda yeni prezident bəlli oldu
Macarıstan parlamentində keçirilən səsvermə nəticəsində ölkənin yeni dövlət başçısı müəyyənləşib.
Azmedia.Az xəbər verir ki, parlament deputatları Ali Məhkəmənin sabiq sədri Andraş Bakanı prezident vəzifəsinə seçiblər.
Səsvermə zamanı onun namizədliyinin lehinə 140 deputat səs verib. 6 deputat isə namizədliyin əleyhinə çıxıb. Bitərəf qalan deputat olmayıb.
Qeyd edək ki, Andraş Baka 2009-2011-ci illərdə Macarıstan Ali Məhkəməsinə rəhbərlik edib. O, bundan əvvəl, 1991-2007-ci illərdə Avropa İnsan Hüquqları Məhkəməsində hakim kimi fəaliyyət göstərib.


