Çağırış şöbəsində QALMAQAL! Vərəqəni cırdı, 8 günlük həbs aldı!

Çağırış şöbəsində QALMAQAL!

Astara rayonunda səfərbərlik və hərbi xidmətə çağırış üzrə qurumun inzibati binasında insident baş verib. Hadisə ilə bağlı çağırışçı barəsində inzibati həbs qərarı çıxarılıb.

Azmedia.Az xəbər verir ki, 2007-ci il təvəllüdlü, Astara rayonunun Şümrüd kənd sakini Samir Sərvərov (ad və soyad şərtidir – red.) inzibati binada olarkən xidmət əməkdaşlarına qarşı tabesizlik göstərib.

İnsident zamanı çağırış vərəqəsini cıran şəxs polis əməkdaşlarının da qanuni tələblərinə tabe olmayıb.

Hadisə ilə əlaqədar S.Sərvərov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.