Sumqayıtda məşhur şirkətin anbarında ölüm hadisəsi – 50 yaşlı kişi həyatını itirdi
Sumqayıtda tanınmış markalardan birinə məxsus anbarda ölüm hadisəsi baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.
Azmedia.Az xəbər verir ki, Sumqayıtda yerləşən “Embawood” şirkətinin anbarından meyit aşkarlanıb.
Məlumata görə, 50 yaşlı kişinin iş zamanı qəfil halı pisləşib və o, həyatını itirib.
Faktla bağlı müvafiq araşdırma aparılır.
//teleqraf.az

