Qubada güclü zəlzələ qeydə alındı – FHN-dən RƏSMİ AÇIQLAMA

Qubada güclü zəlzələ qeydə alındı –

Azərbaycanda yeraltı təkanlar qeydə alınıb. Zəlzələ ölkənin şimal bölgəsində bir sıra ərazilərdə hiss olunub.

Azmedia.Az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, avqustun 14-də yerli vaxtla saat 20:56-da Quba rayonu ərazisində 4,9 maqnitudalı zəlzələ baş verib.

Məlumata görə, zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib. Təkanlar episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 3–4 bala qədər hiss olunub. 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb. 

Zəlzələ şimal bölgəsi ilə yanaşı bir çox ərazilərdə hiss olunub.