17 yaşlı tələbənin ölümü ilə bağlı YENİ DETALLAR – Bacısı meyitini tapdı- FOTO

17 yaşlı tələbənin ölümü ilə bağlı YENİ DETALLAR – Bacısı meyitini tapdı-

Bakıda Azərbaycan Tibb Universitetinin 17 yaşlı tələbəsinin yataqxanada ölümü ilə bağlı ilkin məlumatlar açıqlanıb. Gənc qızın meyiti yaşadığı yataqxananın hamam otağında aşkarlanıb.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin birinci kurs tələbəsi Elvira Eyyubova yaşadığı yataqxanada həyatını itirib.

İlkin məlumata əsasən, 17 yaşlı tələbə hamam otağında buxardan boğularaq ölüb. Onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Məsələ ilə bağlı TƏBİB-dən verilən açıqlamada bildirilib ki, noyabrın 14-də saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Tibb Universitetinin yataqxanasından çağırış daxil olub.