Tanınmış marketinq təlimçisinə xaricdə YÜKSƏK VƏZİFƏ VERİLDİ – FOTO
Azərbaycanın tanınmış marketinq təlimçisi Mahal Abayeva yeni vəzifəyə təyin olunub.
Azmedia.Az xəbər verir ki, o, Kanadada fəaliyyət göstərən “Link Global Network” şirkətində marketinq direktoru kimi fəaliyyətə başlayıb.
Mahal Abayeva bundan əvvəl 2020-ci ilin dekabrından 2025-ci ilin yanvarınadək “PASHA Həyat” şirkətində marketinq mütəxəssisi və marketinq eksperti vəzifələrində çalışıb.
O, daha əvvəl “Universal McCann”, “Pickvisa.com”, “Vizam.az”, “Volkswagen AG”, “Seat Bakı Mərkəzi”, “Construct Group”, “Zukeykha Magazin”, “Karyera.biz”, “Veyseloglu Group of Companies” və “Riyad Pharm” şirkətlərində fəaliyyət göstərib.
Qeyd edək ki, Mahal Abayeva rəqəmsal marketinq mütəxəssisi, təlimçi və müəllif kimi tanınır. O, “Enerjili Marketinq” kitabının müəllifidir.

