“Sabah” – “Barselona” oyunu Bakıda nəqliyyata təsir edəcək: 18 avtobusun marşrutu dəyişir!

“Sabah” – “Barselona” oyunu Bakıda nəqliyyata təsir edəcək:

“Sabah” və “Barselona” komandaları arasında keçiriləcək futbol oyunu ilə əlaqədar Bakıda bir sıra avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Azmedia.Az xəbər verir ki, noyabrın 25-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunla əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyətlə əlaqədar 18 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək.

Dəyişiklik ediləcək marşrutlar aşağıdakılardır: 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8.

Məlumata görə, marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri vasitəsilə təşkil olunacaq.

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.