"Bakı Kart"ın satış qiyməti 3 manata qaldırıldı

"Bakı Kart"ın satış qiyməti 3 manata qaldırıldı

Bu gündən etibarən “BakıKart” kartlarının satış qiyməti artırılıb.

Azmedia.Az xəbər verir ki, “BakıKart”ın yaydığı məlumata görə, yeni tarifə əsasən, kartın satış qiyməti 2 manatdan 3 manata qaldırılıb.

Bildirilib ki, “BakıKart” kartları 2015-ci ildən sərnişinlərin istifadəsinə verilib və ötən 11 il ərzində kartın satış qiyməti dəyişdirilməyib.

Məlumata görə, kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.

“BakıKart” vurğulayıb ki, dəyişiklik yalnız yeni alınan kartların satış qiymətinə aiddir. Kartların balansında və ictimai nəqliyyatda tətbiq olunan gediş haqlarında isə hər hansı dəyişiklik nəzərdə tutulmur.