İcra başçısının satıcılara “sən” deyə müraciəti gündəm oldu – VİDEO

İcra başçısının satıcılara “sən” deyə müraciəti gündəm oldu –

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun bazarda satıcılarla söhbəti sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Azmedia.Az xəbər verir ki, icra başçısının satıcılarla ünsiyyəti zamanı onlara “sən” deyə müraciət etməsi birmənalı qarşılanmayıb.

Yayılan görüntülərdə Seymur Orucovun bazarda satıcılarla söhbət edərkən qeyri-rəsmi müraciət formasından istifadə etdiyi görünür. Video sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bəzi istifadəçilər icra başçısının bu üslubunu qeyri-səmimi hesab ediblər.

Söhbət zamanı satıcılardan birinin ayağa qalxmaması da diqqət çəkib. Bu davranış isə icra başçısının münasibətinə qarşılıq kimi qiymətləndirilib.