“Barselona” dan İnglis nəhənginin futbolçusu üçün HƏRƏKƏT!

“Barselona” dan  İnglis nəhənginin futbolçusu üçün  HƏRƏKƏT!

“Barselona” “Liverpul”un macar yarımmüdafiəçisi Dominik Soboslai ilə ciddi şəkildə maraqlanır.

Azmedia.Az  xarici mənbəyə istinadən xəbər verir ki , Kataloniya klubu 25 yaşlı futbolçunu heyətinə qatmaqda güclü maraq göstərir. 

Soboslai 2023-cü ildən “Liverpul”da çıxış edir və komandada əsas oyunçulardan biri hesab olunur. Onun transferi ilə bağlı daha əvvəl “Real Madrid” və digər Avropa klublarının da marağı barədə xəbərlər yayılıb. 

Hazırda “Barselona”nın mümkün transfer üçün hansı məbləği təklif edəcəyi barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki,  Soboslai ötən mövsüm "Mersisayd"təmsilçisinin heyətində 53 matçda meydan da olub 13 qol 12 asistlə yadda qalıb. Klubla hazırki müqavilə müddəti 2031-ci ilin iyununa qədər qüvvədədir. Transfer dəyəri isə  100 milyon avro təşkil edir.