PSJ Ferran Torreslə bütün şərtlər üzrə razılığa gəlib İDDİA

PSJ Ferran Torreslə bütün şərtlər üzrə razılığa gəlib

PSJ İspaniyanın “Barselona” klubunun hücumçusu Ferran Torresin transferi ilə bağlı futbolçunun özü ilə bütün şərtlərdə razılığa gəlib.

Azmedia.Az xarici mətbuata istinadən xəbər verir ki,PSJ Ferran Torreslə şəxsi müqavilənin bütün şərtlərini razılaşdırıb.

Məlumata görə, Ferran Torres PSJ-nin layihəsinə qoşulmaq istədiyini “Barselona” rəhbərliyinə bildirib.

Mənbədə bildirilir ki, bundan sonra əsas məsələ klublar arasında transfer məbləğinin müəyyənləşdirilməsi olacaq. PSJ və “Barselona” arasında futbolçunun mümkün transferi ilə bağlı danışıqların başlanması gözlənilir.

“Barselona”nın isə Ferran Torresi komandada qalmağa məcbur etmək niyyətində olmadığı qeyd olunur.

Qeyd edək ki, Torres 2022-ci ilin yanvarından katalonların şərəfini qoruyur. Ötən mövsüm meydana çıxdığı 49 matçda 21 qol 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırki müqaviləsi 2027- ci ilin yayında başa çatır, transfer dəyəri isə 55 milyon avro təşkil edir.