SABAH GÜCLÜ KÜLƏK ƏSƏCƏK: Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ EDİLDİ!

SABAH GÜCLÜ KÜLƏK ƏSƏCƏK:

Sabah ölkənin bir sıra ərazilərində küləkli hava şəraitinin müşahidə olunacağı gözlənilir. Bununla əlaqədar əhaliyə rəsmi xəbərdarlıq edilib.

Azmedia.Az xəbər verir ki, noyabrın 19-da Bakı və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sarı xəbərdarlığa uyğun olaraq, Bakı və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Naftalan, Goranboy, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusar rayonlarında cənub-şərq küləyinin əsəcəyi gözlənilir.

Küləyin sürətinin saniyədə 13,9-20,7 metr təşkil edəcəyi proqnozlaşdırılır.