Şəkidə faciəli yol qəzası baş verdi - Ölən var
Şəkidə ağır yol qəzası olub, ölən var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində baş verib. “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb, sürücü 22 yaşlı Ömər Tanrıverdiyev və digər sərnişin, 16 yaşlı yeniyetmə xəsarət alıb.
Araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


