Sürücülərin diqqətinə! Bakıda bu 9 yolda sıxlıq yaranıb

Sürücülərin diqqətinə! Bakıda bu 9 yolda sıxlıq yaranıb

Paytaxtın bir sıra əsas avtomobil yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Sürücülərə həmin istiqamətlərdə hərəkət edərkən diqqətli olmaları tövsiyə edilir.

Azmedia.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda nəqliyyat sıxlığının qeydə alındığı yolların siyahısı belədir:


1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

3. Babək prospekti, şəhər mərkəzi istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində;

6. Heydər Əliyev prospektinin köməkçi yolu, şəhər mərkəzi istiqamətində;

7. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

8. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından şəhər mərkəzi istiqamətində;

9. Yusif Səfərov küçəsi, şəhər mərkəzi istiqamətində.