Tanınmış məmurun oğlunun toyunda kimlər iştirak etdi? Nazirlər və deputatlar bir araya gəldi- FOTO

Tanınmış məmurun oğlunun toyunda kimlər iştirak etdi? Nazirlər və deputatlar bir araya gəldi-

Paytaxtın tanınmış məkanlarından birində keçirilən toy mərasimi nüfuzlu qonaqların iştirakı ilə diqqət çəkib. Mərasimə hökumət nümayəndələri, deputatlar və bir sıra yerli icra hakimiyyəti başçıları qatılıblar.

Azmedia.Az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, eyni zamanda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov oğlunun toy mərasimini keçirib.

Paytaxtın tanınmış məkanlarından olan “Buta Palace” sarayında təşkil edilən mərasimdə bir sıra nazirlər, Milli Məclisin deputatları, həmçinin şəhər və rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər.