Universitetlərdə ixtisas seçimi bu gündən başlayır-
Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi bu gündən başlayır.
Azmedia.Az xəbər verir ki, ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi mərhələsinə bu gündən start verilir.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ixtisas seçimi 12 avqustdan 19 avqustadək davam edəcək.
Abituriyentlər müəyyən edilmiş müddət ərzində qəbul olmaq istədikləri ixtisasları seçərək elektron ərizələrini təsdiqləməlidirlər.
Abituriyentlər ixtisas seçimi ilə bağlı Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər.
Bundan əlavə, //shorturl.at/LYWaO linkində verilmiş tarixlərdə rayon təhsil sektorları və bəzi məktəblərdə DİM-in əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.
Dövlət İmtahan Mərkəzi I, II, III və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı kitabçalar nəşr edib.
Kitabçaları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), "Abituriyent" satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. //abiturient.az/wolt
Kitabçaları elektron versiyasını (PDF formatda) www abiturient.az saytında əldə etmək olar.


