Bakı-Quba yolunda AĞIR QƏZA
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azmedia.Az xəbər verir ki, yolun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində qeydə alınmış avtoqəza nəticəsində həyatını itirən şəxsin kimliyi məlum olub.
Belə ki, 1981-ci il təvəllüdlü Masallı sakini Nəsib Zöhrab oğlu Tahirov iş başında olarkən iki yük maşınının arasında qalıb.
Qəza nəticəsində ağır xəsarətlər alan N. Tahirov hadisə yerində həyatını itirib.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


