Məmmədlidəki yanğın söndürüldü - VİDEO
Abşeron rayonunun Məmmədli dairəsi ərazisində yerləşən obyektlərdə güclü yanğın başlayıb.
Azmedia.Az xəbər verir ki, alov qısa müddətdə geniş əraziyə yayılıb.
Hadisə şahidinin sözlərinə görə, yanan tikilidə müxtəlif təyinatlı, o cümlədən yem satışı və avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan obyektlər fəaliyyət göstərir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Hadisə ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən FHN-in qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.//oxu


