Mingəçevirdə bədbəxt hadisə: Qadın eyvandan yıxıldı
Mingəçevirdə qadın birinci mərtəbədəki eyvandan yıxılıb
Azmedia.Az-ın məlumatına görə, hadisə Mingəçevir şəhərinin Vidadi küçəsində baş verib.
1990-cı il təvəllüdlü şəhər sakini Dadaşova Səmilə Əlisaqızı eyvanda olarkən müvazinətini itirərək birinci mərtəbədən yerə yıxılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


