Mingəçevirdə 12 yaşlı qızı maşın vurdu – Xəstəxanaya yerləşdirildi
Mingəçevirdə azyaşlının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində xəsarət alan yeniyetmə xəstəxanaya çatdırılıb.
Azmedia.Az xəbər verir ki, hadisə şəhərin Məhəmməd Maqomayev küçəsində qeydə alınıb.
Belə ki, “Ford” markalı avtomobil yolu keçmək istəyən 2014-cü il təvəllüdlü Musayeva Zəhrə Elsəvər qızını vurub. Nəticədə yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı ətrafdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılaraq müalicə müəssisəsinə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az




