Ada Süleyman və Anar Kərimov: Onları hansı münasibət birləşdirirdi?
Azərbaycanlı aparıcı Ada Süleymanovanın həyatını itirdiyi ağır yol qəzasının təfərrüatları məlum olub.
Azmedia.Az -a daxil olan məlumata əsasən, hadisə zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza ilə bağlı “112” qaynar xəttinə daxil olan müraciətdə avtomobildə insanların sıxılmış vəziyyətdə qaldığı bildirilib.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
İlkin məlumata əsasən, "VOVAH" markalı minik avtomobili ilə yük avtomobili toqquşub. Güclü zərbə nəticəsində minik avtomobili deformasiyaya uğrayıb, sürücü və sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıblar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü Anar Alik oğlu Kərimovun və sərnişin Ada Ceyhun qızı Süleymanovanın meyitlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisənin səbəbləri və digər təfərrüatlarla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

