Şəmkirdə Gürcüstandan gələn yük qatarında yanğın baş verdi- FOTO

Şəmkirdə Gürcüstandan gələn yük qatarında yanğın baş verdi-

Şəmkir stansiyasında Gürcüstandan Azərbaycana gələn yük qatarının bir vaqonunda yanğın qeydə alınıb.

Azmedia.Az xəbər verir ki, 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunun tüstülənməsi nəticəsində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və yanğınsöndürən texnikalar cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb. Yanğının baş verdiyi və digər vaqonlar mühafizə olunub.

Hadisə yerinə digər aidiyyəti qurumların əməkdaşları da cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.