Samuxda yük avtomobili çaya aşdı - Sərhədçimiz öldü

Samuxda yük avtomobili çaya aşdı -

Samuxda "MAZ" çaya aşıb.

Azmedia.Az xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib. Belə ki, hərəkətdə olan "MAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb. Nəticədə, "MAZ"da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.

DSX-dən bildirilib ki, çaya sürüşərək düşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Nəzərov Vüsal Zabil oğlunun olub. “Məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində hərbi qulluqçunun nəşi aşkar edilib.  Faktla bağlı araşdırma aparılır.//apa