BDU-da 9 dekan vəzifəsi boşalır? Yeni rəhbərlər seçiləcək

BDU-da 9 dekan vəzifəsi boşalır? Yeni rəhbərlər seçiləcək

Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub.

Azmedia.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb.

Məlumata əsasən, dekan vəzifəsi üzrə müsabiqə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, eləcə də Jurnalistika fakültələrini əhatə edir.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul ediləcək. Sənədlərin qəbulu bu gündən etibarən bir ay müddətində Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında həyata keçiriləcək.

Qeyd edək ki, müsabiqənin elan olunmasına səbəb sözügedən fakültələrdə hazırda fəaliyyət göstərən dekanların səlahiyyət müddətinin başa çatmasıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev vəzifəsindən azad edilib. Onun yerinə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə təyin olunub.