Azərbaycan və Gürcüstan polisindən YENİ ADDIM: Akademiyalar arasında memorandum imzalandı
Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində Anlaşma Memorandumu imzalanıb.
Azmedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə Gürcüstan Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik və Polis Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd akademiyalar arasında əməkdaşlığın daha da dərinləşdirilməsini, birgə təhsil və peşə təşəbbüslərinin həyata keçirilməsini, təcrübə və qabaqcıl iş metodlarının bölüşülməsini nəzərdə tutur.
Eyni zamanda, memorandum kadr hazırlığı və ixtisasartırma sahələrində tərəfdaşlığın möhkəmləndirilməsini də əhatə edir.



