Bakıda mühüm vəzifəyə yeni təyinat – Tural Əlizadəyə etimad göstərildi- FOTO
1 saylı Bakı DOST Mərkəzinin rəhbərliyində dəyişiklik edilib. Mərkəzin yeni direktoru vəzifəsinə Tural Əlizadə təyin olunub.
Azmedia.Az xəbər verir ki, 1 saylı Bakı DOST Mərkəzinə yeni direktor təyin edilib.
Məlumata əsasən, sözügedən vəzifənin icrası Tural Əlizadəyə həvalə olunub.
Qeyd edək ki, Tural Əlizadə bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) insan resurslarının idarə edilməsi sahəsində 7 ildən artıq müddətdə fəaliyyət göstərib.



