Prezident fərman imzaladı – Komitədə müavinlərin sayı artırıldı
Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Azmedia.Az xəbər verir ki, dövlət başçısı 14 may 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə dəyişiklik edib.
Yeni dəyişikliyə əsasən, Komitə sədrinin adi müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.
Beləliklə, sədrin birinci müavini də nəzərə alınmaqla, müavinlərin ümumi sayı 3-dən 4-ə yüksəlib.



